Modern.az

Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər

Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər

Aktual

18 Noyabr 2022, 16:16

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalayıb.

 

Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

 

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.

 

Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?