Modern.az

Qadın 10-cu mərtəbədən yıxılaraq öldü

Qadın 10-cu mərtəbədən yıxılaraq öldü

Aktual

18 Noyabr 2022, 17:00

Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında baş verib.

 

Hələlik kimliyi açıqlanmayan 20-30 yaşlarında qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır