Avropa Parlamenti Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasına dair qətnamə qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
Sənədin noyabrın 23-də Strasburqda keçiriləcək plenar iclasda səsverməyə çıxarılması planlaşdırılır.
Qərar Ukraynada hərbi əməliyyatların gedişində kütləvi hücumların intensivləşməsi fonunda qəbul edilib. Avropa Parlamenti bu hərəkətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Avropa Parlamentinin qərarları məcburi deyil, Avropa İttifaqı ölkələri üçün tövsiyə xarakteri daşıyır.
Ukraynada müharibə başlayandan sonra bir sıra ölkələr Rusiyanı “terrorçu dövlət” kimi tanıyıb. Estoniya və Latviya Rusiya Federasiyasını terrorizmin sponsoru elan ediblər. Litva və Polşa Rusiyanı “terrorçu rejim” kimi tanıyıb. Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası Rusiya siyasi rejimini “terrorçu” kimi tanıyan qətnamə qəbul edib.
Akif İsmayılov