Modern.az

Abşeronda qəza - Piyada öldü

Abşeronda qəza - Piyada öldü

Aktual

19 Noyabr 2022, 11:35

Noyabrın 17-də saat 18 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. 

 

Modern.az xəbər verir ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İlkin Seyidov saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?