Modern.az

Bayden ad gününü kiminlə qeyd edəcək - Ağ evdən açıqlama

Bayden ad gününü kiminlə qeyd edəcək - Ağ evdən açıqlama

Aktual

19 Noyabr 2022, 11:46

ABŞ prezidenti Co Bayden doğum gününü ailəsi ilə birgə qeyd edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer bildirib. 

 

Onun sözlərinə görə, birinci ledi bazar günü prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlayacaq.

 

"Adətən bunu Şükranlıq günündən əvvəlki çərşənbə günü qeyd edirlər. Amma həftəsonu ailəsi burada olacağı üçün onun ad gününü də qeyd etmək imkanı olacaq”, - mətbuat katibi Baydenin ad gününü necə qeyd edəcəyi barədə suala cavabında deyib.

 

Qeyd edək ki, noyabrın 20-də Co Baydenin 80 yaşı tamam olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?