Modern.az

Ruslar Ukraynada 437 uşağı öldürüb

Ruslar Ukraynada 437 uşağı öldürüb

Aktual

19 Noyabr 2022, 12:36

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində yetkinlik yaşına çatmayan 437 uşaq ölüb, 837-si isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

 

Məlumata görə, noyabrın 18-də Rusiya hərbçiləri Ukraynanın Zaporojye vilayətinin Kamış-Zarya kəndində aralarında 5 və 14 yaşlı uşaqlar da olmaqla bir ailəni güllələyərək öldürüblər. Prokurorluq Rusiya hərbçilərinin son günlərdə törətdikləri belə hadisələrlə bağlı başqa nümunələr də göstərib.

 

Bildirilib ki, uşaqlar ən çox Donetsk vilayəti (423 uşaq), Xarkov (266), Kiyev (117), Nikolayevsk (77), Zaporojye (75), Çerniqovsk (68), Xerson (64), Luqansk (64) və Dnepropetrovskda (32) xəsarət alıblar.

 

Bundan əlavə, Rusiya hərbçilərinin Ukrayna ərazisini bombalaması nəticəsində 2 719 təhsil müəssisəsinə ziyan dəyib, 332-si isə tamamilə dağılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?