Modern.az

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Aktual

19 Noyabr 2022, 17:53

Rusiya Ukrayna ordusunun müharibə itkiləri barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov itkilərin statistikasını açıqlayıb.

 

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2532 PUA-sı, 388 zenit-raket kompleksi, 6705 tank və digər zirehli texnikası, 897 reaktiv yaylım atəş sistemi, 3599 artilleriya və minaatanı, 7273 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?