Modern.az

Rusiya müharibədə 82 mindən çox hərbçi itirib

Rusiya müharibədə 82 mindən çox hərbçi itirib

Aktual

20 Noyabr 2022, 14:22

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən bəri Rusiya ordusunun 84 210 hərbçisi zərərsizləşdirilib.

 

Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2886 tank, 5817 zirehli maşın, 1868 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1537 PUA, 480 qanadlı raket, 16 gəmi/qayıq, 4371 avtomobil texnikası və avtosistern, 161 xüsusi texnikadan ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?