Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
İsrailli nazir Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarına görə Z.Həsənova təşəkkür edib.