Modern.az

Trampın tviter səhifəsi bərpa olundu

Trampın tviter səhifəsi bərpa olundu

Aktual

20 Noyabr 2022, 15:12

ABŞ-ın sabiq prezidenti Donald Trampın tviter hesabı bərpa olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün paylaşımlar saxlanılıb.

 

Son mesaj 2021-ci il 8 yanvar tarixində yazılıb.

 

Qeyd edək ki, İlon Mask tviter istifadəçilərinə Trampın hesabını blokdan çıxarıb-çıxarmamaq barədə sorğu ünvanlayıb. Sorğuda 15 milyona yaxın istifadəçi iştirak edib. Respondentlərin 51,8 faizi blokun açılmasının lehinə, 48,2 faizi əleyhinə səs verib.

 

Eyni zamanda, Donald Tramp şənbə günü verdiyi açıqlamada sorğunun nəticələrindən asılı olmayaraq, sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını bildirib.

 

Qeyd edək ki, Donald Trampın tviter hesabı 2020-ci ildəki seçkilərdən sonra baş verən "Kapitoli olayları"na görə dondurulmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?