Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və apardığınız genişmiqyaslı islahatlara xalqın sarsılmaz inamının danılmaz sübutudur. Arzu edirəm ki, hər zaman xalqın ümumbəşəri dəstəyi və hörmətindən istifadə edəsiniz”, - Nazarbayev təbrikində deyib.
Qeyd edək ki, Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə liderdir.