Modern.az

Baş redaktor qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO

Baş redaktor qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO

Aktual

21 Noyabr 2022, 00:48

Göyçayda avtomobil qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi “MAN” markalı yük maşını ilə “Lada” markalı minik maşını toqquşub. Hadisə nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Məlumata görə, “Lada”nın sürücüsü “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyevdir. O ailəsi ilə birlikdə qəzaya düşüb. A.Əliyevin vəziyyətinin ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?