Modern.az

DÇ-2022: “Düşmənlər” üz-üzə gəlir

DÇ-2022: “Düşmənlər” üz-üzə gəlir

Aktual

21 Noyabr 2022, 08:05

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 3 oyun keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

 

Nəhayət, günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.

 

DÇ-2022
21 noyabr

 

A qrupu
20:00. Seneqal - Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Al-Tumama" stadionu

Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)

 

B qrupu
17:00. İngiltərə - İran

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

 

23:00. ABŞ - Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

"Əhməd ibn Əli" stadionu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?