Modern.az

Sarkisyanın keçmiş mühafizə rəisinə cinayət işi açılıb

Sarkisyanın keçmiş mühafizə rəisinə cinayət işi açılıb

Aktual

21 Noyabr 2022, 11:26

Ermənistanın Baş Prokurorluğu eks-prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri Vaçaqan Qazaryana, onun həyat yoldaşı və sahib olduqları “Yans klub”unun direktoruna qarşı zorakılıq hədəsi ilə pul tələb etmə ittihamı üzrə cinayət işi açıb.


Modern.az Ermənistan KİV-pnə istinadən xəbər verir ki, başlanmış cinayət işi əsasında heç yerə getməmək barədə yazılı iltizam növü seçilib.
 

Hazırda törədilmiş cinayətin baş vermə şəraitinin tam aydınlaşdırılması məqsədilə araşdırma və sübuta yetirilmə tədbirləri davam etdirilir.
 

Xatırladaq ki, Qazaryan hüquq-mühafizə orqanlarının diqqətinə 2018-ci ilin “məxməri inqilabından” dərhal sonra gəlib. O, 2018-ci il iyunun 25-də pulla dolu portfellə bankdan çıxarkən saxlanılıb. Ondan 123 min dollar və 436 milyon dram (904 min dollar) tapıblar. Qazaryaın evində aparılan axtarış zamanı onun həyat yoldaşından 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro pul tapılıb. Qazaryana məxsus “Yans klub”da isə 1,5 milyon dollardan çox nağd pul tapılıb.

Vaçaqan Qazaryan əvvəlcə həbs edilib, daha sonra zaminə buraxılıb. İstintaq dövründə o, büdcəyə 5,8 milyon dollar qaytarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?