Modern.az

GDU-nun tələbələri təlimdə iştirak ediblər - FOTOLAR

GDU-nun tələbələri təlimdə iştirak ediblər - FOTOLAR

Aktual

21 Noyabr 2022, 11:23

“Gənc velosipedçilər” İctimai Birliyi tərəfindən Gəncə Dövlət Universitetinin tələbələri üçün “Sağlam Həyatla Sağlam Gəncliyə” mövzusunda təlim keçirilib.

 

Modern.az xəbər verir ki, təlimdə rektorun baş müşaviri Asif Cavadov, “Gənc velosipedçilər” İB-nin sədri Nur Axundova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və təlimçi Nurlan Qədirli iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan rektorun baş müşaviri Asif Cavadov qeyd etmişdir ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələri inkişaf etməkdədir.

 

Təlim-seminarda “Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsi haqqında ərtaflı məlumat verilib. Qeyd edilib ki, layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları arasında velosiped idmanına marağı artırmaq, bu idman növündən düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır. Layihə regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşmasına və təkmilləşməsinə də öz töhfəsini verəcək.

 

Seminarda iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilib, fərqlənən iştirakçılar sertifikatla təltif edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?