Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Modern.az-ın Kremlin saytına istinadən verdiyi xəbərə görə, Putin Rusiya və Qazaxıstanın strateji münasibətləri yaxşılaşdırmaqda davam edəcəklərinə ümidvar olduğunu bildirib.
Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib.
İkinci yeri 3,42% səs toplayan “Ayıl” partiyasının namizədi Jiquli Dayrabayev tutub.
Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstanda keçiriləcək prezident seçkiləri ölkədə hakimiyyət institutlarının hərtərəfli yenidən qurulması üçün başlanğıc nöqtəsi olacaq.