Modern.az

İndoneziyada güclü zəlzələ: Ölü sayı 162-yə çatdı - YENİLƏNİB

İndoneziyada güclü zəlzələ: Ölü sayı 162-yə çatdı - YENİLƏNİB

Aktual

21 Noyabr 2022, 21:09

İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.

 

***

15:26

İndoneziyanın Yava adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb.
 

Modern.az xəbər verir ki, məlumatı yerli Metro TV yayıb.

***

İndoneziyanın Yava adasında baş vermiş zəlzələ nəticəsində azı 44 nəfər həlak olub, 300 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, ölənlər Qərbi Yava əyalətinin Çiancur rayonunun sakinləridir.

 

Bu gün baş vermiş zəlzələ nəticəsində 7 yaşayış binasına, məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəyib.

 

***

Bazar ertəsi İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 10-dan çox adam ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentrinin yerləşdiyi Çianjura şəhərinin rəsmisi Herman Suçerman bildirib ki, “xəstəxanalardan birinə aparılan 10-dan çox adam ölüb”.
 

İndoneziya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi deyib ki, zəlzələ nəticəsində onlarla ev dağılıb, qurbanlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?