Modern.az

“Biz icazə ilə işləmirik” - Ərdoğandan Bayden və Putinə MESAJ

“Biz icazə ilə işləmirik” - Ərdoğandan Bayden və Putinə MESAJ

Aktual

21 Noyabr 2022, 14:28

Türkiyə “Pəncə Qılınc” əməliyyatı ilə bağlı ABŞ Prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

 

"Amma həm Bayden, həm də Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt belə şeylər edə bilərik. Biz həmişə deyirik ki, bir gecə anidən gələ bilərik, biz icazə ilə işləmirik. Əgər bir addım atacağıqsa, ona qərar veririk və o addımı atırıq. Amerika indi bizim haqqımızda yaxşı düşünməlidir. Bundan sonrakı prosesdə də qətiyyətlə  mühüm addımlar atacağıq", - deyə Ərdoğan önəmli mesajlar verib.

 

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə Qılınc” adlı xüsusi antiterror əməliyyatı keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?