Modern.az

Bir direktor postuna 49 namizəd var

Bir direktor postuna 49 namizəd var

Aktual

21 Noyabr 2022, 14:24

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəlii tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

İdarədən Modern.az-a bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda qeydiyyatdan keçən 56 nəfər namizəddən 49-u iştirak edib.

 

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığının cavablandırıması üçün 80 dəqiqə vaxt verilib.

 

İmtahanın nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

 

Qeyd edək ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?