Modern.az

Ərdoğan Messi və Neymarın komandalarını dəstəkləyir

Ərdoğan Messi və Neymarın komandalarını dəstəkləyir

Aktual

21 Noyabr 2022, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən futbol üzrə XXII dünya çempionatında dəstəklədiyi komandalardan danışıb. 

 

Modern.az xəbər verir ki, bu barədə o, Qətər səfərindən geri dönərkən jurnalistlərlə söhbətləşib.

 

“Bunlar ilk oyunlardır. Qərar vermək və hansı komandanın favorit olduğunu söyləmək asan məsələ deyil. Biz bu komandaları tam tanımırıq, amma bəzi ölkələr var ki, keçmişindən bu günə qədər həmişə iz qoyub. Bunlara Braziliya, Argentina, Uruqvay kimi komandalar daxildir. Onların oyunundan sonra bəlkə qərar verilə bilərik. Məsələn, bu gecə Ekvadoru çox bəyəndim. Güclü komandadır, digər tərəfdən, Qətər ilk dəfədir ki, belə çempionatda iştirak edir. Adi komandalar yoxdur”, - deyə Türkiyə lideri dünya çempionatını dəyərləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?