Modern.az

Rusiyada səfərbərliyin ikinci dalğası başlayır?

Rusiyada səfərbərliyin ikinci dalğası başlayır?

Aktual

21 Noyabr 2022, 15:18

Kreml səfərbərliyin ikinci dalğasını müzakirə etmir.
 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
 

“Bu barədə heç bir rəsmi qərar yoxdu. Müdafiə Nazirliyinə gəlincə, mən Müdafiə Nazirliyinin adından danışa bilmərəm. Kremldə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır”, - deyə Peskov Telegram kanallarında Rusiyada ikinci səfərbərlik dalğasının başlamasının mümkünlüyü ilə bağlı yayılan mesajları şərh edib.
 

Qismən səfərbərlik sentyabrın 21-də Prezident Vladimir Putin tərəfindən elan edilib. Oktyabrın 31-də onun başa çatdığı bildirilib. Prezidentin sözlərinə görə, 318 min nəfər səfərbər edilib. Onun fərmanına əsasən, səfərbər olunanların hamısına 195 min rubl ödəniləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?