Futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.
Modern.az xəbər verir ki, qrupun ikinci oyununda ABŞ və Uels milliləri üz-üzə gəliblər.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir.
***
23:09
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.