Modern.az

Cəlilabadda dava - 41 yaşlı kişi bıçaqlandı

Cəlilabadda dava - 41 yaşlı kişi bıçaqlandı

Aktual

22 Noyabr 2022, 09:12

Cəlilabadda bıçaqlanma olub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Cəlayır kəndində baş verib.

 

Kənd sakini, 1981-ci il təvəllüdlü Ramil Aslanov həmkəndlisi, 1981-ci il təvəllüdlü Rahib Aslanlı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ramil Aslanov Rahib Aslanlını bıçaqlayıb.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb, Ramil Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?