Modern.az

Putin bu gün Ermənistana gedir

Putin bu gün Ermənistana gedir

Aktual

22 Noyabr 2022, 09:32

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.  

 

Modern.az xəbər verir ki, Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq.


 Rusiya Prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub. 

 

Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək. 


 Qeyd edək ki, hazırda KTMT-yə Errmənistan sədrlik edir. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?