Modern.az

GDU-də işçilərin attestasiyası keçirilir - FOTOLAR

GDU-də işçilərin attestasiyası keçirilir - FOTOLAR

Aktual

22 Noyabr 2022, 09:14

Gəncə Dövlət Universitetində  tədris-köməkçi və inzibati işçilərin attestasiyasına başlanılıb.

 

Modern.az xəbər verir ki, rektor Yusif Yusibovun 15.04.2022-ci il tarixli 5/111 saylı əmrinə əsasən işin səmərəliliyinin artırılması, habelə işçilərin bilik və bacarıqlarının, müasir komputer texnikasından istifadə səviyyəsinin, işçilərin tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən attestasiyada İKT biliklər ilə yanaşı esse (inşa) yazmaq qabiliyyəti də yoxlanılır.

 

Attestasiyada İKT biliklərinin yoxlanılması üçün işçilərə 250 test, 50 praktik iş təqdm olunub.

 

Universitetin tədris-köməkçi və inzibati işçilərinin attestasiyası 21-29 noyabr tarixlərini əhatə edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?