Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçmiş icraçı katibi Elxan Rəhimov BBC News kanalına müsahibə verib.
Modern.az xəbər verir ki, Elxan Rəhimov hazırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasınının cənub-şərqi Asiya ölkələri üzrə nümayəndəliyinin başçısı vəzifəsində çalışır.
Xatırladaq ki, İndoneziyanın Yava adasında binaların uçması və torpaq sürüşməsinə səbəb olan 5,6 bal gücündə zəlzələ nəticəsində ən azı 62 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı, digərlərinin isə itkin düşdüyü bildirilir.
Elxan Rəhimov öz çıxışında İndoneziya Qızıl Xaçının icmalarda olan fəaliyyəti, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının regionda fəaliyyətindən söz açıb.