Modern.az

İranlı qapıçı dünya çempionatı ilə vidalaşdı

İranlı qapıçı dünya çempionatı ilə vidalaşdı

Aktual

22 Noyabr 2022, 10:48

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının birinci turu çərçivəsində İngiltərə ilə oyunda zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, 30 yaşlı qolkiper mundialın qalan matçlarını buraxacaq.

 

"Persepolis"in qapıçısı görüşdə komanda yoldaşı ilə toqquşaraq zədələnib. Matçı davam etdirə bilməyən Beyrənvand ehtiyat qapıçı Hüseyn Hüseyni ilə əvəzlənib.

 

Qeyd edək ki, qarşılaşma İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?