Modern.az

Saxlanılan sürücü 19 saxta hesabdan DİN rəsmisini İZLƏYİRMİŞ

Saxlanılan sürücü 19 saxta hesabdan DİN rəsmisini İZLƏYİRMİŞ

Aktual

22 Noyabr 2022, 13:52

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Bakıda taksi sürüclərinə qarşı əməliyyat keçirib.

 

DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, saxlanılan taksi sürücülərindən biri feyk sosial şəbəkə hesablarından istifadə edib.

 

"Onun başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 "TikTok" hesabı, 12 "Instagram" profili olması müəyyən edilib. 19 profil üzrə təkcə mənim hesabımı izləyib. 6 profillə uyğunsuz şərhlər, əsassız və qərəzli məlumatlar yazdığı üçün blok edilib", - E.Hacıyev vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?