Modern.az

İmişlidə tülkü iki nəfərin ölümünə səbəb oldu

İmişlidə tülkü iki nəfərin ölümünə səbəb oldu

Aktual

22 Noyabr 2022, 13:56

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan tülkünü vurub, idarə etmədən çıxan avtomobil aşıb.

 

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, avtomobildə olan İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!