Türkiyə ordusu İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində bu il 3 585 terrorçu zərərsizləşdirib.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentinin büdcə komissisiyasında çıxışı zamanı deyib.
O bildirib ki, əməliyyatların başladığı 2015-ci ilin iyulundan bugünədək zərərsizləşdirilən terrorçuların sayı 36 854 nəfər təşkil edib.
Eyni zamanda, 2022-ci ildə 724 terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub.