Modern.az

Ərdoğandan terroru dəstəkləyənlərə XƏBƏRDARLIQ

Ərdoğandan terroru dəstəkləyənlərə XƏBƏRDARLIQ

Aktual

22 Noyabr 2022, 16:00

“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edib:

 

“Terrorçular bu dəfə də sivil insanları hədəf aldılar. 4 yaşlı körpə, 22 yaşlı müəllim şəhid oldu”.

 

Ərdoğan onu da bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır