Modern.az

Daha iki nəfər koronavirusdan ÖLDÜ

Daha iki nəfər koronavirusdan ÖLDÜ

Aktual

22 Noyabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.

 

Son sutka ərzində 2314, hazırkı dövrədək isə 7 361 245 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?