Xocavənddə Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, onların ruhlarına dua oxunub.