Modern.az

Polşa millisi Qətərdə antirekorda imza atdı

Polşa millisi Qətərdə antirekorda imza atdı

Aktual

23 Noyabr 2022, 00:17

Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.

 

Modern.az xəbər verir ki, bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa - Meksika matçında qeydə alınıb.

 

Belə ki, Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.

 

Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub.

 

Qeyd edək ki, Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?