Modern.az

Komandası məğlub olsa da, tarixə düşdü

Komandası məğlub olsa da, tarixə düşdü

Aktual

23 Noyabr 2022, 09:00

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

 

Modern.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə görüşdə fərqlənməklə nail olub.

 

Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci) qol vuran ilk oyunçu adına sahib çıxıb.

 

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci) rekordunu geridə qoyub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?