Modern.az

SEPAH İraq Kürdüstanı əhalisini bölgəni boşaltmağa çağırıb

SEPAH İraq Kürdüstanı əhalisini bölgəni boşaltmağa çağırıb

Aktual

23 Noyabr 2022, 10:10

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının komandanı İraq Kürdüstanı bölgəsinin əhalisinə müraciət edib edib.
 

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur İraq Kürdüstanı bölgəsindəki insanlara hücumlar zamanı xəsarət almamaq üçün terrorçu qrupların bazalarına bitişik əraziləri boşaltmağı tövsiyə edib.
 

"Silahlı cinayətkarların və terrorçu qrupların qərargahlarına və bazalarına hücum onların tərksilahı həyata keçirilənə qədər davam edəcək", - Pakpur bildirib.
 

SEPAH-ın Quru Qoşunları çərşənbə axşamı verdiyi açıqlamada İraqın Kürdüstan bölgəsində yerləşən PAK (Kürdüstan Azadlıq Partiyası) da daxil olmaqla terrorçu qrupların mövqelərinə yeni hücumlar raunduna başladığını bildirib.
 

SEPAH Qoşunları dünən İraqın şimalındakı Kərkük bölgəsində separatçı terror qruplaşmalarının mövqelərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?