Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.
Modern.az zəbər verir ki, zəlzələ Düzcenin Gölyaka rayonu olmaqla İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmiri də əhatə edən geniş ərazidə hiss olunub.
Zəlzələ zamanı 46 nəfər xəsarət alıb. Onlardan 37-i Düzcedə, biri İstanbulda, altısı Zonguldakda, biri Sakarya, biri də Boluda qeydə alınıb. Zəlzələyə görə Düzce və Sakaryada təhsil bir günlük dayandırılıb.
Yeraltı təkanlar əhali arasında ciddi təşvişə səbəb olub, sakinlər gecəni küçələrdə keçiriblər.