Modern.az

Dövlət qulluqçusu heç bir partiyaya üzv olmamalıdır - Deputat

Dövlət qulluqçusu heç bir partiyaya üzv olmamalıdır - Deputat

Aktual

23 Noyabr 2022, 11:44

““Siyasi partiyalar haqqında” yeni qanun layihəsində qeyd olunur ki, partiyalar çap mediası yarada bilər, amma internet portalı yarada bilməz. Xırdalıqlara getmək düzgün deyil”.

 

Modern.az xəbər verir k, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.

 

“Bu nə qədər düzgün və ya ədalətlidir? Bu gün çap mediasını oxuyan azdır, hər kəs məlumatları internet protallarından oxuyur. Bunun "Media haqqında" qanuna zidd olduğunu düşünürəm. Eyni zamada qanun layihəsində qeyd olunur ki, dövlət qulluğunun xüsusi növündə olan dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməzlər. Ancaq digərləri ola bilər. Hesab edirəm ki, bu maddə çıxarılmalıdır. Dövlət qulluqçusu ümumiyyətlə, heç bir partiya mənsuibyyəti daşımamalıdır”.

 

Qeyd edək ki, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?