Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat verib.
Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi bildirilib.
Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə təzyiq göstərdiyini qeyd edib.