Modern.az

KTMT Azərbaycanla sərhədə missiya GÖNDƏRİR

KTMT Azərbaycanla sərhədə missiya GÖNDƏRİR

Aktual

23 Noyabr 2022, 16:12

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.



Modern.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, Təhlükəsizlik Şurası rəhbərlərinin birgə iclasında deyib.



Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.



“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - deyə baş katib bildirib.



Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi sammitdə müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?