Modern.az

NATO nümayəndələri döyüş texnikaları ilə tanış oldular - FOTOLAR

NATO nümayəndələri döyüş texnikaları ilə tanış oldular - FOTOLAR

Aktual

23 Noyabr 2022, 16:23

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri noyabrın 23-də "N" hərbi hissəsində olublar.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nümayəndə heyətinə Azərbaycan-NATO əlaqələri, hərbi hissənin fəaliyyəti və təlim mərkəzləri, eləcə də şəxsi heyətin hazırlıq prosesi haqqında brifinq təqdim olunub.

 

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri tərəfindən müxtəlif mövzularda brifinqlər verilib.

 

Brifinqlərin təqdimatından sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Daha sonra nümayəndə heyəti hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

 

Sonda qonaqlar hərbi hissədə hərbi qulluqçular üçün yaradılan xidməti şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!