Modern.az

Bu ay temperatur yüksək olub

Bu ay temperatur yüksək olub

Aktual

23 Noyabr 2022, 16:36

Respublikanın əksər bölgələrində noyabrın ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º yüksək olması ilə səciyyələnib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 7º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 11-14º, Şəki-Zaqatalada 10-15º, Dağlıq Şirvan bölgəsi və Qubada 7-8º, Lənkəran-Astarada 11-13º, Tovuz-Qazaxda 6-13º qeydə alınıb.

 

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə -1º şaxta, Qazaxda 2º, Quba, Şamaxı, Naxçıvan və Tovuzda 3º, Şəki, Zaqatala, Göyçay, Cəfərxan və Ceyrançöldə 4º, Bərdə, Zərdab, Lənkəran və Gəncədə 5º, Maştağada və Acınohurda 7º qeydə alınıb.

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!