Modern.az

UNEC-də ali təhsil almaq istəyənlərin nəzərinə 

UNEC-də ali təhsil almaq istəyənlərin nəzərinə 

Aktual

3 İyun 2023, 15:36

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.

 

UNEC-dən Modern.az-a bildirilib ki, sənədlər avqustun 31-dək qəbul ediləcək. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?