Modern.az

Balasanyanın həbs səbəbi MƏLUM OLDU

Balasanyanın həbs səbəbi MƏLUM OLDU

14 İyul 2023, 11:30

Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın həbs səbəbi məlum olub.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, vəkili Rafael Martirosyan deyib ki, Balasanyan “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün saxlanılıb.

 

“Balasanyan “xidmət orqanının nümayəndəsinə” və ya onun yaxın qohumuna “xidməti vəzifələrinin icrası” zamanı zor tətbiq etmə hədəsi ilə ittiham olunur. Saxlanıldıqdan sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb”, - o bildirib.

 

Qeyd edək ki, həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidmətinin” əməkdaşları Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar. Onun oğlu isə 2021-ci ildə arıxanalar almaq üçün 74,5 milyon dram (187 min dollar) “dövlət krediti” almaqda, lakin şərtləri yerinə yetirməyərək “dövlətə” ziyan vurmaqda ittiham olunur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?