“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.
Bu barədə Modern.az-a"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.
Marka 4 min tirajla çap olunub.