Modern.az

Ayı hücumlarının artmasına səbəb nədir? - AÇIQLAMA

Ayı hücumlarının artmasına səbəb nədir? - AÇIQLAMA

Aktual

20 Oktyabr 2025, 15:20

Son günlər bir neçə bölgədə ayıların insanlara hücüm hallarının artması müşahidə olunur. Ən son Naxçıvanda belə hala rast gəlinib və 2 nəfər yaralanıb.

Modern.az sözügedən hadisənin artmasının səbəbini müəyyənləşdirmək üçün biomüxtəliflik üzrə eskpert Zülfü Fərəcli ilə əlaqə saxlayıb.

O, ayıların hücumunun səbəbini insanların təbiətə daha çox çıxması və ayıların qış yuxusuna getməzdən əvvəl qida əldə etmək istəyi ilə izah edib.

Ekspertin sözlərinə görə, hazırda ayılar kəndlərə yaxınlaşır, giləmeyvə və digər təbii qida mənbələri ilə qidalanırlar. Bu isə bəzən qida axtarışı zamanı ayıların insanların yaşadığı ərazilərə də yaxınlaşmaq hallarının sayını artır.

“Məhz bu səbəblə, insanların təbiətdə davranış qaydaları xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə “ayı spreyi” (bear‑spray) kimi qoruyucu vasitələrdən geniş istifadə olunmur. Lakin Rusiyada, eləcə də Qərbdə adıçəkilən üsuldan istifadəyə daha çox rast gəlinir. Belə təhlükə anlarında müdafiə məqsədilə bu cür vasitələrin kənd yerlərində öyrənilməsi və istifadəsi tövsiyə oluna bilər. Belə ki, qeyd edilən üsulla insanların təbiətə çıxarkən hazırlıqlı olması ilə yanaşı, davranış qaydalarına ciddi əməl etməsi də önəmlidir”.

Ekspert ayıların sayının artması məsələsinə də aydınlıq gətirib:

“Ayıların sayının artması barədə dəqiq proqnoz vermək çətindir. Çünki say artımını təsdiqləyən sübutlar hələ tam dəqiqləşdirilməyib. Sadəcə, ehtimal olunur ki, say artıb. Məsələn, son nəşrlərdə ayıların “Qırmızı Kitab”-dan çıxarılması ilə bağlı məlumatlar var. Lakin bu fakt özü-özlüyündə say artımını tam şəkildə sübut etmir və məsələ əlavə ətraflı araşdırma tələb edir”,- deyə Z.Fərəcli əlavə edib.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!