Modern.az

BMU-da icbari tibbi sığorta ilə bağlı sessiya təşkil olunub - FOTOLAR

BMU-da icbari tibbi sığorta ilə bağlı sessiya təşkil olunub - FOTOLAR

Aktual

20 Oktyabr 2025, 15:08

Bakı Mühəndislik Universitetində (BMU) tələbə və əməkdaşlar  üçün “İcbari  tibbi sığorta” mövzusunda məlumat sessiyası təşkil olunub.   

Modern.az xəbər verir ki, tədbirdə öncə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə çıxış edərək ölkəmizdə icbari tibbi sığortanın tətbiqi istiqamətində dövlətimizin atdığı mühüm addımlar, bu sahədə həyata keçirilən islahatlar, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması məqsədilə görülən işlərdən danışıb. Prorektor həmçinin bildirib ki, BMU əməkdaşları və tələbələrinin sosial rifahı, sağlamlığının qorunması universitet rəhbərliyinin daim diqqət mərkəzindədir və belə tədbirlərin keçirilməsi kollektivin məlumatlılığının artırılmasına xidmət edir.      

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Fuad Bayramov çıxış edib. O, icbari tibbi sığortanın mahiyyəti, məqsədləri, vətəndaşlara təqdim etdiyi üstünlüklər barədə zəruri informasiyaları nəzərə çatdırıb.  Qeyd olunub ki, icbari tibbi sığorta sistemi hər bir vətəndaşa maddi vəziyyətindən asılı olmayaraq, zəruri tibbi xidmətlərdən bərabər şəkildə yararlanmaq imkanı verir. 

Tədbirdə, eyni zamanda sığorta zərfinə daxil olan və olmayan xidmətlər, dövlət tibb müəssisələrinə müraciət qaydaları, xidmətlərin qarşılanma mexanizmi barədə danışılıb. Bundan başqa, dərman təminatının hansı halda sığorta çərçivəsində qarşılanması, xəstəxanalarda uzun müalicə və əməliyyat növbələrinin azaldılması, sığorta ilə özəl klinikalarda müalicə və əməliyyat imkanlarının tətbiqi və s. məsələlərə toxunulub. 

Sonda iştirakçıların sualları cavablandırılıb, icbari tibbi sığorta sisteminin praktik tətbiqi ilə bağlı nümunələr müzakirə olunub.

BMU-da icbari tibbi sığorta ilə bağlı sessiya təşkil olunub - FOTOLAR

BMU-da icbari tibbi sığorta ilə bağlı sessiya təşkil olunub - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!