Modern.az

"Birmarket" yanğınla bağlı kompensasiya ödəyəcək

"Birmarket" yanğınla bağlı kompensasiya ödəyəcək

Aktual

13 May 2026, 17:19

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarımızda baş vermiş yanğın hadisəsi zamanı operativ və peşəkar müdaxiləsi ilə alovun daha da genişlənməsinin qarşısını alan aidiyyatı dövlət qurumlarına minnətdarlığımızı bildiririk.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Birmarket" məlumat verib.

"Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq.

Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək", - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada