Modern.az

Gəncə Dövlət Universitetində ədəbi-bədii gecə keçirilib - FOTOLAR

Gəncə Dövlət Universitetində ədəbi-bədii gecə keçirilib - FOTOLAR

Aktual

Bu gün, 15:40

Gəncə Dövlət Universiteti Azad Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

Modern.az xəbər verir ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun yaradıcılığına verdiyi yüksək dəyərdən və şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Prezident İlham Əliyevin imzaladığı Sərəncam barədə danışıb. Millət vəkili Pərvin Kərimzadə görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolundan bəhs edib.

Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

GDU AHİK-in sədri Afaq Qasımova çıxış edərək bildirib ki, tanınmış dramaturq və ictimai xadim  Səməd Vurğun zəngin lirikası və şeirləri ilə milli poeziyanın inkişafına mühüm töhfələr verib və  Azərbaycan dilinin poetik imkanlarını daha da genişləndirib.

Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova,  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnistitutunun aparıcı elmi işçisi Aslan Salmansoy, həmin İnistitutun elmi katibi Aygün Bağırlı çıxış edərək Səməd Vurğunun yaradıcılığına nəzər salıblar.

Daha sonra Filologiya və Xarici dillər fakültəsinin tələbələri şairin əsərlərindən götürülmüş səhnəcik nümayiş etdiriblər, şeirlər səsləndiriblər və mahnılar ifa ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı