Modern.az

WUF13 nələrlə yadda qaldı? - Milli koordinator açıqladı

WUF13 nələrlə yadda qaldı? - Milli koordinator açıqladı

Aktual

Bu gün, 13:34

WUF13 inklüzivliyi və iştirakçılığı ilə yadda qaldı.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinatoru Anar Quliyev bildirib.

O qeyd edib ki, forum çərçivəsində 100-dən çox ölkədən 800-ə yaxın iştirakçı bir araya gəlib. 

“Vətəndaş cəmiyyəti, yerli icmalar və ictimai təşkilatların inklüziv, dayanıqlı və insan yönümlü şəhər gələcəyinin qurulmasında rolu xüsusi vurğulanıb.

WUF13 çərçivəsində keçirilən QHT Forumunda Azərbaycan QHT-lərinin təşəbbüsü ilə “Qlobal dayanıqlılıq və əməkdaşlıq” Bəyannaməsi qəbul edilib. Sənədi 22 ölkədən 241 vətəndaş cəmiyyəti nümayəndəsi imzalayıb”.

Komitə sədri əlavə edib ki, QHT Pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə 6 minə yaxın yerli və beynəlxalq iştirakçı iştirak edib:

“Qlobal Cənub QHT Platformasının pavilyonunda isə 30-a yaxın tədbir təşkil olunub, həmin tədbirlərə 1500 nəfər qatılıb.

Forum yalnız konfrans məkanı ilə məhdudlaşmayıb. WUF Həftəsi və WUF13 Festivalı çərçivəsində 9 şəhərdə 55 tədbir keçirilib, dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə 115 mindən çox insan cəlb olunub.

WUF13-ün təşkilində 2500 könüllü iştirak edib. Bu, Azərbaycan gənclərinin peşəkarlığını, qonaqpərvərliyini və qlobal şəhərsalma proseslərinə fəal marağını nümayiş etdirib”.

Milli koordinatorun sözlərinə görə, forumda mənzil təminatı qlobal dayanıqlı inkişaf gündəliyinin əsas məsələlərindən biri kimi təqdim olunub:

“Əlçatan, təhlükəsiz və dayanıqlı mənzil təminatı dövrümüzün ən mühüm çağırışlarından biridir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı